Özünə ad günü keçirən model və qonaqları cərimələndi
Maraqlı
17-09-2020, 11:09
Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
Xeberekspress.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.
Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Qeyd edək ki, Günel Dəmirova modeldir.
