Ölkə tarixində ilk beşəm: Hüseyn, Həsən, Xədicə, Fatma və Zəhra...
Maraqlı
28-01-2021, 08:52
Xəbər verildiyi kimi, Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda beşəm uşaq doğulub.
Xeberekspress.az yerli mediaya istinadla ölkə tarixində ilk dəfə eyni vaxtda 5 övlada sahiblənmiş ata-ananın övladlarına hansı adları qoyması haqda məlumat əldə edib.
Xoşbəxt ana- 31 yaşlı Dilnoza Mamatova və ata – Barot Baboyev üçü qız, ikisi oğlan olan övladlarına Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın ailə üzvlərinin adlarını qoymağı qərara alıblar: Hüseyn, Həsən, Xədicə, Fatma, Zəhra...
Həkimlərin bildirdiyinə görə, ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadır.
Vilayət rəhbərliyi artıq 7 övlada sahib olan gənc ailəyə maliyyə və ərzaq yardımı edib, evlərinin təmir ediləcəyi vəd edilib.
