Yazıçılar Birliyinin qurultayı Şuşada keçiriləcək

Mədəniyyət
30-08-2021, 20:20

Yazıçılar Birliyinin qurultayı Şuşada keçiriləcək
Yazıçılar Birliyinin növbəti qurultayı Şuşada keçirilə bilər.

Bu təşəbbüslə yazıçı Anar Prezident İlham Əliyevlə Şuşada görüşündə çıxış edib.

Dövlət başçısı Anarın təşəbbüsünü müsbət qarşılayıb: "Bəli, keçirin. Burada qurultayı keçirmək üçün yer də var".

Anar isə öz növbəsində xaricdən qonaqların da olacağını bildirib və Prezidentə təşəbbüsü müsbət qarşıladığı üçün təşəkkür edib.