Adil Kərimli direktoru işdən çıxarıb
Mədəniyyət
2-02-2023, 14:17

Mədəniyyət Nazirliyində üç nəfər işdən çıxarılıb.
Bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli vəzifəsindən azad edilib.
Eyni zamanda, digər əmrlə direktorun müavini və şöbə müdiri də işdən çıxarılıblar.
Oxu.Az