Təhsil Nazirliyi İdarəsi 2,2 milyon manata satınalma edib

Sosial
18-11-2020, 16:49
 

Təhsil Nazirliyi İdarəsi 2,2 milyon manata satınalma edib

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi elen etdiyi açıq tenderə yekun vurub.

Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Nazirliyin müvafiq İdarəsinin tender üzrə elan etdiyi müsabiqənin qalibi "Parlaq-N” MMC olub. 

 

Belə ki, tender üzrə Nazirliyin qazanxana və istilik sistemlərinin quraşdırma da daxil olmaqla təminatı şirkətə həvalə olunacaq. 

Müvafiq işlərə Nazirlik tərəfindən 2 milyon 24 min 970 manat ayrılacaq.