Deputat Hicran Hüseynova partlayışdan zərərçəkmiş ailəni ziyarət edib:
Sosial
19-12-2024, 16:02

Milli məclisin komitə sədri, Deputat Hicran Hüseynova dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında baş vermiş güclü partlayışdan zərərçəkən ailəni ziyarət edib.
XeberEkspress.az xəbər verir ki, Komitə sədri Əliyev Ramin Zakir oğlunun ailəsində qonaq olub. Görüşdə Komitə sədri ailənin qayğı və problemləri ilə maraqlanıb.
Sonda Deputat partlayışdan zərərçəkmiş ailəyə şəfa, həmçinin möhkəm səbir arzulayıb. Çətin anlarda bir-birimizə dəstək olmaq çox önəmlidir. Ümid edirəm ki, hər bir ailə bu çətinlikləri ən qısa zamanda aşacaq və sağlamlıqlarına qovuşacaqlar, - deyə Hicran Hüseynova qeyd edib.
