Bəzi magistral avtomobil yollarında görmə məhdudlaşacaq

Sosial
22-12-2024, 16:00
Bəzi magistral avtomobil yollarında görmə məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, dekabrın 23-də gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.