Dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına yönəlmiş müasir idarəetmə modeli
Sosial
25-03-2026, 22:26

Dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və sistemlidir. Şübhəsiz ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin əsas məqsədi dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və idarəetmədə operativliyin təmin olunmasıdır. Bu istiqamətdə aparılan struktur dəyişiklikləri dövlət qurumlarının fəaliyyətinin daha səmərəli təşkilinə, səlahiyyətlərin dəqiq bölüşdürülməsinə və idarəetmə mexanizmlərinin sadələşdirilməsinə xidmət edir.Xüsusilə yerli icra strukturlarında həyata keçirilən yeniliklər diqqətəlayiqdir. Kadr potensialının yenilənməsi, müasir idarəçilik yanaşmalarının tətbiqi və vətəndaş müraciətlərinə çevik reaksiyanın təmin olunması yeni modelin əsas istiqamətlərindəndir. Əldə olunan ilkin nəticələr göstərir ki, bu islahatlar regionlarda dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırır, idarəetmədə şəffaflıq və vətəndaş məmnunluğu güclənir.Yeni idarəetmə modeli mərkəzi və yerli icra orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə və idarəetmənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaradır. Rəqəmsallaşmanın genişləndirilməsi, innovasiyaların tətbiqi, institusional islahatların dərinləşdirilməsi və insan kapitalının inkişafı bu mərhələnin əsas prioritetləridir.Bu yanaşma idarəetmədə hesabatlılığın artırılmasına, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və resurslardan daha da səmərəli istifadəyə şərait yaradır.Rayonlar səviyyəsində aparılan struktur və kadr islahatları idarəetmənin çevikliyini artırır. Peşəkar kadrların önə çəkilməsi qərarların daha operativ və məsuliyyətli qəbuluna imkan verir, struktur optimallaşdırılması isə funksiyaların düzgün bölüşdürülməsini təmin edir. Regionlaşma siyasətinin bütün sahələrdə müsbət nəticələr verəcəyinə tam əminik və bu yanaşmanın iqtisadi potensialın daha səmərəli istifadəsinə, yerli resursların düzgün yönləndirilməsinə və regionlararası balanslı inkişafın təmin olunmasına öz müsbət təsirini göstərəcəkdir.Onu da qeyd edim ki, yeni iş yerlərinin yaradılması və sahibkarlığın təşviqi vasitəsilə əhalinin rifah halının yüksəldilməsinə də mühüm təsir edəcəkdir.Regionlaşma ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının əsas təminatlarından birinə çevrilmişdir. Məhz bu da əhalinin həyat səviyyəsini yüksələcəkdir.
Bu proseslər nəticəsində şəffaflıq və hesabatlılıq prinsipləri güclənir, sosial-iqtisadi inkişaf üçün əlverişli mühit formalaşır.Müasir idarəetmədə əməkhaqqı sisteminin vahid və şəffaf prinsiplər əsasında qurulması da mühüm əhəmiyyət kəsb edir. Əvvəllər müxtəlif əlavələr şəklində təqdim olunan ödənişlərin vahid sistemdə birləşdirilməsi əməkhaqqının sabitliyini artırır, hesabatlılığı gücləndirir və vəzifə ilə ödəniş arasındakı əlaqəni daha aydın edir. Bu yanaşma dövlət qulluqçularının gəlirlərinin proqnozlaşdırılmasını asanlaşdırır və onların peşəkar fəaliyyətinə müsbət təsir göstərir. Ümumilikdə həyata keçirilən islahatlar yalnız cari effektivliyi artırmaqla kifayətlənmir, eyni zamanda uzunmüddətli perspektivdə dayanıqlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edir. Bu model dövlət və vətəndaş münasibətlərinin daha yüksək səviyyədə qurulmasına, regionların potensialının üzə çıxarılmasına və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına geniş imkanlar yaradır.Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu idarəetmə modeli öz əhatəliliyi və səmərəliliyi ilə müasir dövlət idarəçiliyi üçün nümunədir. Modelin əsasını çeviklik, şəffaflıq və nəticəyönümlülük təşkil edir.
YAP Saatlı 15 saylı ƏPT-nin sədri, UNEC məzunu
Vüqar Məmmədov