Rusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
Dünya
Bu gün, 15:00

Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib.
Bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb.
"Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub, lakin yanacaq saxlanılan sənaye obyektlərinə zərbə dəyib. Yanğını xüsusi xidmət orqanları söndürür. Xəsarət alan yoxdur", - region rəhbəri qeyd edib.
O, həmçinin bildirib ki, Yaroslavldan çıxışda Moskva istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.