Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var

Sosial
27-03-2026, 14:15
Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var



Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.


Bu barədə  DİN-in mətbuat xidmətindən bildirilib.


Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.


Araşdırma aparılır.