Sumqayıt artıq ikinci gündür ki, Sumqayıt Şəhər Sukanal İdarəsinin yarıtmaz fəaliyyəti ucbatından sözün həqiqi mənasında ölüm-dirim mübarizəsi aparır

Sosial
28-03-2026, 17:12
Sumqayıt artıq ikinci gündür ki, Sumqayıt Şəhər Sukanal İdarəsinin yarıtmaz fəaliyyəti ucbatından sözün həqiqi mənasında ölüm-dirim mübarizəsi aparır

Vaxtında görülməyən tədbirlərin nəticəsi olaraq şəhərin küçələri keçilməz vəziyyətə düşüb, bir çox yaşayış binaları və dövlət əhəmiyyətli obyektlər su altında qalıb. Bununla yanaşı, şəhərin müəyyən hissəsində su təchizatı da dayandırılıb.

Ən narahatedici məqam isə odur ki, bu vəziyyətin birbaşa məsuliyyət daşıyan qurumu – Sukanal idarəsi və onun rəhbəri Xalid Quliyev hələ də susqunluq nümayiş etdirir. Sakinlərin çoxsaylı müraciətlərinə nə cavab verilir, nə də hər hansı rəsmi açıqlama təqdim olunur.

Normal şəhər idarəetməsində məsul şəxslər dərhal ictimaiyyət qarşısına çıxar, vəziyyəti izah edər, görülən və görüləcək tədbirlər barədə məlumat verərdi. Təəssüf ki, burada isə tam əks mənzərə müşahidə olunur — sanki aidiyyəti qurumun məmurları hələ də “bayram əhval-ruhiyyəsi”ndən ayılmayıb.

Sakinlər isə bu biganəliyin fonunda taleləri ilə baş-başa buraxılıb. Bu vəziyyət nəinki qəbuledilməzdir, həm də ciddi məsuliyyət tələb edən bir səhlənkarlığın göstəricisidir.

Murad Qaflanov
Xeberekspress.com-un əməkdaşı