Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar

Sosial
7-04-2026, 18:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavinləri təyin olunub. 


Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Əmr imzalayıb.


Yeni təyin olunmuş müdir müavinləri - Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.


Tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.


Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.