Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində ikili standartların müşahidə olunması təəssüf doğurur
Sosial
Bu gün, 19:11

Açıq desəm, müasir beynəlxalq münasibətlər sistemində haq-ədalət, obyektivlik və beynəlxalq hüquqa hörmət əsas prinsiplər kimi qəbul olunsa da, bəzi Avropa institutlarının fəaliyyətində bu meyarlar yalnız görüntü olaraq açıq müşahidə olunur.
Və qeyd edərdim ki, bu xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının ayrı-ayrı məsələlərə münasibətdə sərgilədiyi selektiv yəni müxtəlif yanaşma, ikili standartların mövcudluğunu bir daha təsdiqləyir.Bu qurumların müxtəlif ölkələrə münasibətdə fərqli meyarlar tətbiq etməsi, siyasi maraqlardan çıxış edən qərar və qətnamələr qəbul etməsi beynəlxalq etimad mühitinə mənfi təsir göstərir. Eyni mahiyyət daşıyan məsələlərə fərqli reaksiyalar verilməsi isə həmin təşkilatların obyektivlik və qərəzsizlik prinsiplərinə sadiqliyini ciddi sual altına alır.
Ölkəmiz bu cür yanaşmaların nəticələrini uzun illər ərzində açıq olaraq hiss etdi. Məhz bu baxımnan Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda çıxış edərək ikili standartların yolverilməz olduğunu qəti bəyan etmişdir. Prezident vurğulamışdır ki, beynəlxalq təşkilatlar ayrı-seçkiliyə yol verməməli, bütün dövlətlərə eyni hüquqi və siyasi meyarlarla yanaşmalıdır.Dövlət başçımız öz çıxışlarında qeyd etmişdir ki, selektiv yanaşma yalnız ayrı-ayrı ölkələrə qarşı ədalətsizlik, eyni zamanda beynəlxalq hüququn nüfuzuna ciddi zərbədir. Onun fikrincə, bu cür siyasət uzunmüddətli perspektivdə beynəlxalq institutların etibarını zəiflədir və qlobal əməkdaşlıq mühitinə mənfi təsir göstərir. Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan bu kimi ədalətsiz yanaşmalara qarşı ardıcıl və əsaslandırılmış olaraq öz mövqeyini kəskin müdafiə edir.
Dövlətimizin rəhbəri beynəlxalq tribunlardan istifadə edərək ədalətli yanaşmanın, qarşılıqlı hörmətin və bərabərhüquqlu əməkdaşlığın vacibliyini daim vurğulayır. Nəhayət Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların fəaliyyətində obyektivliyin təmin olunması, ikili standartlardan imtina edilməsi beynəlxalq münasibətlərin sağlam inkişafı baxımından çox mühümdür.Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü mövqe prinsipiallıq və ədalətə əsaslanan yanaşmadır. Nəhayət sonda bir daha vurğulayıram ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində müşahidə olunan ikili standartlar nəinki təəssüf doğurur, eyni zamanda bu qurumların obyektivlik və ədalət prinsiplərinə yenidən baxmasını tam zəruri edir.
YAP Saatlı 15 s. ƏPT-n sədri,
UNEC-n məzunu Vüqar MƏMMƏDOV