Heydər Əliyev yolu, zəngin tarixi irsdən parlaq gələcəyə

Sosial
Bu gün, 09:20

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə
   
Əlbətdə ki, ulu öndər Heydər Əliyevin həyat fəlsəfəsi bu gün də milyonlara nümunədir! ÜmummilliLider Heydər Əliyev bir dövlət rəhbəri  kimi Azərbaycan adlı müqəddəs məfkurənin canlı təcəssümü, milli iradənin sarsılmaz zirvəsi və zamanın fövqündə dayanan dahi dövlətçilik məktəbi idi dahi şəxsiyyət, müdrik dövlət xadimi, ölkəmizdə müxtəlif dövrlərdə fərqli adlarla fəaliyyət göstərmiş kəşfiyyat və əks-kəşfiyyat orqanlarının formalaşmasında müstəsna xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyev haqqında yazmaq və danışmaq böyük şərəf, sonsuz qürur və mənəvi məsuliyyətdir. Onun zəngin dövlətçilik irsi, milli maraqlara söykənən uzaqgörən siyasəti və xalqına olan sonsuz bağlılığı hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. O, hər bir azərbaycanlının olduğu kimi, mənim də idealım, dövlətə sədaqətin, qətiyyətin, müdrikliyin və xalqa xidmət fəlsəfəsinin ən ali nümunəsidir. Heydər Əliyev şəxsiyyəti xalqımızın yaddaşında daim böyük ehtiram, sevgi və minnətdarlıq hissi ilə yaşayacaqdır.  Onun adı çəkiləndə təkcə bir insan deyil, bütöv bir epoxa göz önündə canlanır. Çünki Heydər Əliyev Azərbaycan xalqının qəlbində sadəcə lider kimi deyil, dövlətçilik ruhunun əbədi memarı kimi yaşayır. O, tarixə möhürünü qələmlə deyil, xalqına sonsuz sevgi, qətiyyət və xilaskar iradə ilə vurdu.Ən çətin zamanlarda belə onun düşüncəsi millət üçün ümid çırağına çevrildi. O, dağılan inamı yenidən dirçəldən, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan dövləti polad iradəsi ilə ayaqda saxlayan əvəzsiz xilaskar idi. Heydər Əliyev təkcə Azərbaycanın bu gününü deyil, əsrlər sonrasını düşünən nadir dahilərdən biri idi. Ulu öndərin siyasəti idarəçilik modeli deyildi bu, milli ləyaqətin, dövlət şərəfinin və xalq sevgisinin ali fəlsəfəsi idi. O, Azərbaycanı dünyanın siyasi xəritəsində söz sahibi edən, xalqına başıuca gələcək bəxş edən əbədi liderdir. Ulu öndər Heydər Əliyevin böyüklüyü yalnız gördüyü işlərlə ölçülmür. Onun əsl ucalığı milyonlarla insanın qəlbində yaratdığı inamda, dövlətinə qazandırdığı əbədiyyətdə və Azərbaycan adlı müqəddəs amalın ruhuna çevrilməsindədir. Bu gün Azərbaycan inkişaf edirsə, qalib və güclü dövlət kimi dünyada nüfuz qazanırsa, bunun təməlində Heydər Əliyev dühasının işığı dayanır. O işıq zaman keçdikcə sönmür, əksinə daha parlaq şəkildə gələcək nəsillərin yolunu aydınladır.Çünki bəzi insanlar ömür yaşamır, tarix yazır. Heydər Əliyev isə tarix yazanların da fövqündə dayanaraq, bütöv bir millətin taleyinə çevrilən əbədi zirvə oldu.Onu da vurğulamalıyam ki,bu dahi şəxsiyyət, müdrik dövlət xadimi, ölkəmizdə müxtəlif dövrlərdə fərqli adlarla fəaliyyət göstərmiş kəşfiyyat və əks-kəşfiyyat orqanlarının formalaşmasında müstəsna xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyev haqqında yazmaq və danışmaq böyük şərəf, sonsuz qürur və mənəvi məsuliyyətdir. Onun zəngin dövlətçilik irsi, milli maraqlara söykənən uzaqgörən siyasəti və xalqına olan sonsuz bağlılığı hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. O, hər bir azərbaycanlının olduğu kimi, mənim də idealım, dövlətə sədaqətin, qətiyyətin, müdrikliyin və xalqa xidmət fəlsəfəsinin ən ali nümunəsidir. Heydər Əliyev şəxsiyyəti xalqımızın yaddaşında daim böyük ehtiram, sevgi və minnətdarlıq hissi ilə yaşayacaqdır. Beləliklə, Heydər Əliyev yolu, zəngin tarixi irsdən parlaq gələcəyə uzanan müqəddəs və sarsılmaz inkişaf yolu olaraq,milli dövlətçilik ənənələrinin qorunmasını, xalqın birliyini, müstəqilliyin əbədi və dönməzliyini təmin edən strateji irs kimi Azərbaycanın sabahına işıq tutur, gələcək nəsillərə güclü, qüdrətli və qalib dövlət mirası bəxş edir.

Vüqar MƏMMƏDOV
Yeni Azərbaycan Partiyası                                                                                                 
Saatlı rayonu 15 saylı ƏPT sədri,     
UNEC-n məzunu