Zara İbrahimzadə TƏBİB-də yüksək vəzifəyə təyin olundu

Sosial
2-06-2026, 12:58

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

Zara İbrahimzadə qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi təyin edilib. O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktor müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, bu vaxta qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi. (XeberEkspress.com )