Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Sosial
Bu gün, 19:04
Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Tümen vilayətindəki "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirib.

Bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatı "Deep Strike" bölmələri həyata keçirib. Dronlar hədəfə qədər 2 min km-dən çox məsafə qət edib. Kompleksin ərazisində yanğın və dağıntılar qeydə alınıb.