Qurban İsmayılov “Dünya TV”-nin efir direktoru təyin olunub
Sosial / Gündəm
Bu gün, 00:29

Qurban Vidadi oğlu İsmayılov Dünya TV-nin Efir Direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Dünya TV-nin rəsmi saytında məlumat yerləşdirilib. Saytda Qurban İsmayılov televiziya rəhbərliyinin tərkibində Efir Direktoru kimi təqdim olunur.
Qeyd edək ki, “Dünya” Müstəqil Televiziya və Radio Şirkəti 15 oktyabr 1998-ci ildə təsis edilib, 1999-cu ildən fəaliyyətə başlayıb. Televiziya 2013-cü ildən rəqəmsal yayıma keçib, 2014-cü ildən isə “Azerspace-1” peyki vasitəsilə yayımlanır.
