"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
Sosial
Bu gün, 12:30

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başlatdığı lokal antiterror əməliyyatı barədə süjet yayımlayıb.
Süjetdə Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət suverenliyinin tam bərpa edilməsi ilə bağlı sözlərinə yer verilib, onun sosial media hesablarında edilən paylaşımlar izləyicilərin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatı ilə daha bir parlaq zəfərə imza atıb.
Ətraflı videomaterialda:
[media=https://youtu.be/8l_GrzfKktU?si=rIaWpPr_-rNIMXT9]