"Ukrayna və Qafqazdakı durumu müzakirə etdik" - Çavuşoğlu

Dünya
5-03-2022, 16:49
"Ukrayna və Qafqazdakı durumu müzakirə etdik" - Çavuşoğlu
"Qardaşım Ceyhun Bayramovla əlaqələrimizi, Ukrayna və Qafqazdakı durumu müzakirə etdik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü ilə bağlı "Twitter"də paylaşımında bildirilib.

"Şuşa Bəyannaməsi Azərbaycanla təbii müttəfiqliyimizi pərçimlədi. Qardaşlıq əlaqələrimizi hər sahədə atacağımız konkret addımlarla daha da irəliyə aparacağıq”.