Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib
Sosial / Gündəm
Bu gün, 14:56

"Rusiya-Ukrayna müharibəsi başlayandan müharibəni Qara dənizdən uzaq tutmağa çalışdıq".
Bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son aylarda Qara dənizdə gəmilərə istiqamətlənən hücumlar artıb: “Bu hücumlarda Azərbaycan və türk dənizçilər həlak oldu. Bunun davamı qəbuledilməzdir. Tərəflərə lazımi xəbərdarlıqları edirik. Türkiyə olaraq, Rusiya-Ukrayna müharibəsində sülhə nail olunması üçün təmaslarımızı davam etdirik. Ən pis sülh belə savaşdan yaxşıdır".