Rusların 2 helikopteri, 7 PUA-sı məhv edildi

Dünya
16-05-2022, 08:05
Rusların 2 helikopteri, 7 PUA-sı məhv edildi

Son sutkada Rusiyanın 11 hava hədəfi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin HHQ komandanlığı məlumat yayıb.

Bildirilib ki, zenit-raket qüvvələri və quru qoşunlarının hava müdafiə qüvvələri 2 qanadlı raketi, 7 "Orlan-10” PUA-sını, Ka-52 və Mi-28 helikopterini məhv edib. Ukrayna qırıcı və bombardmançıları isə düşmənin qüvvələrinə zərbələr endirib.