İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik

Dünya
28-04-2025, 10:27
İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik



"İsrail ordusu HƏMAS-ı məğlub edə bilmədi, Qəzzadakı dağıntılar saxta qələbə təəssüratı yaratdı".


Bunu İsrail ordusunun istefada olan general-mayor Yitzhak Brik “Maariv” qəzetinə müsahibəsində deyib.


"İsrail ordusunun hazırda HƏMAS-ı məğlub etmək gücü yoxdur. Deməli, Qəzzada bütün bu dağıntılar qələbə təəssüratı yaratmaq məqsədi daşıyır. Bu təəssürat siyasi və hərbi liderlərin xalqı çaşdırması ilə gücləndirilir", - Brik deyib. 


İsrail ordusunun HƏMAS-ı məğlub etmək gücündə olmadığını vurğulayan Brik, HƏMAS-ın hərbi gücünün İsrailin bəyan etdiyindən qat-qat az zərər gördüyünü və indi əvvəlki gücünə qayıtdığını bildirib.


Brik həmçinin qeyd edib ki, İsrail ordusunun  HƏMAS-la mübarizə aparmaq və Qəzzada daimi dislokasiya qurmaq üçün kifayət qədər hərbi gücü yoxdur.