Qazaxda yük maşını qatarla toqquşub - Yaralı var

Dünya
22-05-2025, 19:30
Qazaxda yük maşını qatarla toqquşub - Yaralı var

Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var.

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı yük maşınının sürücüsü 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.