Bu ölkə Ukraynaya 100 milyon ayırdı
Dünya
30-08-2025, 17:00

Belçika hökuməti ABŞ-dən Ukraynaya silah alınması üçün 100 milyon avro ayırıb.
Bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.
“Belçika hökuməti Ukrayna üçün ABŞ-dən silah alınması proqramına 100 milyon avro ayırıb”, - deyə nazir qeyd edib.