Pakistanda kamikadze hücumu - 11 ölü, 30 yaralı

Dünya
3-09-2025, 12:00
Pakistanda kamikadze hücumu - 11 ölü, 30 yaralı



Pakistanın Kvetta əyalətində kamikadze hücumu olub, ölənlər var.


“Qafqazinfo” “Al-Jazeera” telekanalına istinadən xəbər verir ki, hadiə ölkənin cənub-qərbində mitinq zamanı baş verib.


Hücum nəticəsində azı 11 nəfər həlak olub.


Hökumət rəsmisi Həmzə Şəfaət əlavə edib ki, daha 30 nəfər yaralanıb.