Almaniya Ukraynaya əlavə 3 milyard avro yardım ayırır

Dünya
5-11-2025, 09:34
Almaniya Ukraynaya əlavə 3 milyard avro yardım ayırır



Almaniya 2026-cı ildə Ukraynaya əlavə 3 milyard avro hərbi yardım ayıracaq


Almaniya hökuməti 2026-cı ildə Ukraynaya hərbi yardımı 3 milyard avro artırmağı planlaşdırır. Bu artımdan sonra Berlinin ümumi dəstəyinin məbləği 8,5 milyard avroya çatacaq.


Reuters-in məlumatına görə, ayrılan vəsait artilleriya sistemlərinin, pilotsuz uçuş aparatlarının, zirehli texnikanın və Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünə yönəldiləcək.(musavat.com)