COP31 Türkiyədə keçiriləcək

Dünya
20-11-2025, 13:24
COP31 Türkiyədə keçiriləcək



BMT-nin İqlim Zirvəsi COP31 Türkiyədə təşkil olunacaq.


"NTV" xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlayıb.


Onun sözlərinə görə, İqlim Zirvəsi 2026-cı ildə Türkiyədə keçiriləcək, hökumətlərarası danışıqlara isə Avstraliya ev sahibliyi edəcək.


Zirvənin Antalyada keçiriləcəyi güman olunur. 


Qeyd edək ki, COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparırdı.