İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var
Dünya
Dünən, 18:00

Rusiyanın zərbə pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Xarkov şəhərinin rayonlarından birində yanacaqdoldurma məntəqəsinə (YDM) düşüb.
Bu barədə Xarkov meri İqor Terexov sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, PUA-nın düşdüyü yerdə yanğın baş verib, xəsarət alanlar var.
İ.Terexov həmçinin vurğulayıb ki, Xarkovun digər rayonunda yaşayış binasına PUA hücumu qeydə alınıb.