Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var

Dünya
5-06-2026, 10:26
Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var

İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə "RBK-Ukraine" Kiyev polisinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.