Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Dünya
Bu gün, 11:00
Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb


Rusiyanın Saratov vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Bu barədə Saratov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:40-da Dergaçi rayonunun Vasilyevka kəndi yaxınlığında baş verib. Belə ki, “Renault Logan” və “Hyundai Accent” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumatlara əsasən, qəza nəticəsində altı nəfər hadisə yerində ölüb. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.