Vensin İsveçrəyə səfəri başladı
Dünya
21-06-2026, 12:00

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfəri başlayıb.
Bu barədə CNN telekanalı Vensin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İran arasında aparılacaq danışıqlarda iştirak etmək məqsədilə Vens İsveçrəyə gəlib.
Vitse-prezident səfərə yola düşməzdən əvvəl bildirib ki, İran nümayəndə heyəti ilə görüşlər keçirmək üçün İsveçrədə iki gündən artıq qalmayacaq.