Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Dünya
Bu gün, 14:56
Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi baş tutub.

Bu barədə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib.

Onun sözlərinə görə, mübadilə nəticəsində Ukraynada saxlanılan 7 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb. Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sudja şəhərindən olan bir qadın, digər iki nəfər isə Rusiyanın başqa regionlarının sakinləridir.

Lantratova bildirib ki, razılaşma çərçivəsində eyni sayda – 7 nəfər də Ukraynaya təhvil verilib.

Qeyd edək ki, bundan bir gün əvvəl tərəflər arasında 160-a 160 formatında hərbi əsir mübadiləsi də həyata keçirilmişdi.