UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
İdman
Bu gün, 15:18

Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü və təşkilatın sabiq orta çəki çempionu Maykl Bispinq bu gün Bakıda Milli Gimnastika Arenasında keçiriləcək turnirin şərhçilərindən biri olacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Maykl Bispinqlə birlikdə turniri Pol Felder və Con Quden şərh edəcəklər.
Bununla yanaşı, əfsanəvi Brüs Baffer turnirdə oktqon anonsçusu kimi çıxış edəcək.
Xatırladaq ki, "UFC Fight Night" turniri bu gün saat 17:00-da start götürəcək.