Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
Dünya
Bu gün, 14:30

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib.
Sinequbovun sözlərinə görə, zərbələr zamanı Rusiya hərbçiləri idarəolunan aviabombalar və pilotsuz uçuş aparatları tətbiq ediblər.