Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb

Dünya
Bu gün, 17:00

Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb

Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ölümlə nəticələnən ağır qəza baş verib.

Hadisə magistralın İstanbulun Sarıyer rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yük və minik avtomobilinin toqquşması nəticəsində biri uşaq olmaqla, üç nəfər ölüb, beş nəfər isə xəsarət alıb. Hadisə yolda tıxacın yaranmasına səbəb olub.

Qəzanın başvermə səbəbi araşdırılır.