İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

Dünya
Bu gün, 18:59

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

İraq ölkənin iqtisadi maraqlarını nəzərə alaraq, İrandan Hörmüz boğazı vasitəsilə neft ixracı üçün ona xüsusi şərtlər təqdim etməsini xahiş edib.

İraq agentliyinə (INA) istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin spikeri Heybət əl-Halbusinin mətbuat xidmətinin İran parlamentinin rəhbəri Məhəmməd-Baqir Qalibaf ilə görüşünün yekunlarına dair bəyanatında bildirilib.

"İkitərəfli münasibətlərin möhkəmləndirilməsi, dostluq komitələrinin fəallaşdırılması və iki ölkə parlamentləri arasında əməkdaşlığın və birgə koordinasiyanın inkişaf etdirilməsi yolları ətrafında müzakirələr aparılıb", - məlumatda vurğulanıb.

İran parlamentinin spikeri qeyd edib ki, İraq regiondakı vəziyyət və hadisələrdən ən çox zərər çəkən ölkələrdən biridir. O, İraqla İran İslam Respublikasını birləşdirən münasibətlərin xarakterini nəzərə almağa və Hörmüz boğazı vasitəsilə neft ixracında İraqın iqtisadi maraqlarının qorunmasını təmin edəcək şəkildə xüsusi ehtiyatlılıq nümayiş etdirməyə çağırıb.

Qalibaf, öz növbəsində, Tehranın İraqla əməkdaşlığın, ilk növbədə, ticarət və iqtisadi sahələrdə genişləndirilməsində, eləcə də iki ölkə arasında əvvəllər imzalanmış sazişlərin həyata keçirilməsində maraqlı olduğunu təsdiqləyib.