"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib

Dünya
Bu gün, 10:00

"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Moskvaya səfəri zamanı ABŞ, Rusiya və Ukrayna prezidentləri Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin üçtərəfli görüşünü keçirməyi təklif edib.


Bu barədə iki mənbəyə istinadən "Axios" məlumat yayıb.


Nəşrin məlumatına görə, Retkliff çərşənbə axşamı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovla görüşüb. O həmçinin Moskva və Kiyev arasında danışıqların bərpa olunması imkanını müzakirə edib.


"Cümə günü amerikalı nümayəndələr Zelenskini səfərin nəticələri və sammitin keçirilməsi təklifi barədə məlumatlandırıblar. Zelenski əvvəllər belə bir görüşü dəstəklədiyi halda, Putin buna qarşı çıxırdı", - nəşr iddia edib.


Bununla belə, Kiyev yeni eskalasiyadan ehtiyat edir. Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Pavel Palisanın sözlərinə görə, Ukrayna kəşfiyyatında Rusiya hərbçiləri tərəfindən ölkənin şimalında hücum ssenarilərinin hazırlanması barədə məlumatlar var.


ABŞ-nin vasitəçiliyi ilə Moskva və Kiyev arasında danışıqlar fevral ayında dayandırılmışdı. Ukrayna Prezidenti Ofisinin rəhbəri Kiril Budanovun sözlərinə görə, onların bərpası sentyabr ayında baş tuta bilər.