Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub

Dünya
28-09-2026, 15:53

Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub

Rusiya ordusunun sentyabrın 28-də Ukrayna paytaxtı Kiyevə reaktiv dron hücumları zamanı ölkənin Milli Elmlər Akademiyasının binasına da zərbələr endirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, zərbələr yerli vaxtla 14:15 radələrində olub.

Kiyevin mərkəzində yerləşən Akademiyanın binasına zərbələrdən ölənlər və yaralananlar var. Sayları müəyyənləşdirilir.