Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB

Dünya
28-09-2026, 17:17

Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB


Hindistanın Uttar Pradeş ştatında baş verən daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb.


2200-dən çox evə ziyan dəyib, 81 hektarlıq əkin sahəsi isə su altında qalıb.


***


Hindistanın Uttar Pradeş ştatında baş verən daşqınlar nəticəsində 62 nəfər ölüb.


Bu barədə “ABC News” yerli rəsmilərə istinadən xəbər verib.


Daha 46 nəfərin isə xəsarət aldığı qeyd olunub.


3 gündən çox davam edən leysan yağışların səbəb olduğu sel 1000-dən çox evi dağıdıb.


Ştat ərazisində məktəblərin fəaliyyəti dayanıb.


Bu gündən yağıntı miqdarının azalacağı gözlənilir.