Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Dünya
11-10-2026, 16:00

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb.

Fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb.

Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb.

Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub və bəzi avadanlıqları məhv edib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.