ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb

Dünya
Dünən, 12:30

ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində, Florida A&M Universitetinin stadionu yaxınlığında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Yaralıların 6-sı yetkinlik yaşına çatmayanlardır. Onlardan 11-i güllə yarası alıb, 3 nəfərin vəziyyəti ağırdır.

Hadisə futbol matçından sonra baş verib. Polis hələlik şübhəlinin saxlanılması barədə məlumat verməyib.