Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək

Gündəm / Bölgə
Bu gün, 16:09

Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək.

Bu barədə komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul noyabrın 5-i, saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində nəzərdə tutulub.

Qəbulda Salyan və Neftçala rayon sakinlərinin müraciətlərinə baxılacaq.