"Fənərbaxça" Mahirlə maraqlanır - Türk mətbuatından iddia

Gündəm / İdman
8-01-2020, 11:37
"Fənərbaxça" Mahirlə maraqlanır - Türk mətbuatından iddia
 

Türkiyənin "Fanatik" qəzeti "Fənərbaxça"nın "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlanması haqda iddia irəli sürüb.

Qol.az xəbər verir ki, bu mövsümün əvvəlində 18 yaşlı iranlı hücumçu Allahyar Sayyamaneşi transfer edən İstanbul klubunun bu qış millimizin üzvünü transfer edə biləcəyi vurğulanıb.

 

Qeyd edək ki, Ağdam təmsilçisinin 22 yaşlı hücumçusu  bu mövsüm 25 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib.