Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb

Hadisə
Bu gün, 11:16

Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.

Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı avtomobil Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, həmin avtomobildəki sərnişin, 1966-cı il təvəllüdlü Taleh Həsənov isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.