Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb

Gündəm / Maraqlı
8-01-2020, 16:36
Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb
 
Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

 

Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.