Amerikada şübhəli iranlı saxlanıldı - Trampın iqamətgahının...

Gündəm / Dünya
11-01-2020, 14:01
 Amerikada şübhəli iranlı saxlanıldı - Trampın iqamətgahının...
 
ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən iqamətgahı yaxınlığında əlind bıçaq və külüng olan İran vətəndaşı Məsud Ereyzoleh saxlanılıb. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Washington Examiner” portalı Palm- Biç Polis idarəsinin məmuru Maykl Ogrodnikə istinadən məlumat yayıb.

Yoxlama zamanı onun üzərində 22 min dollar və İran vətəndaşı olduğunu təsdiq edən pasport olub. Bundan əlavə, Ereyzolehin qanunsuz şəkildə ABŞ-da olduğu dəqiqləşdirilib.

Polis hazırda tutulan şəxsin məqsədini müəyyənləşdirmək üçün araşdırma aparır.

Hadisə baş verən zaman ABŞ Prezidenti Vaşinqtonda, Ağ Evdə olub.