İlham Əliyev Cənnət Səlimovaya “Şərəf” ordeni verib

Gündəm / Siyasət
17-01-2020, 21:42

İlham Əliyev Cənnət Səlimovaya “Şərəf” ordeni verib

 

Dövlət başçısı yeni sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Cənnət Səlimova ilə bağlı sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova "Şərəf” ordeni ilə təltif edilsin”.