"Neftçi"nin sabiq futbolçusu Yunanıstan klubunda

Gündəm / İdman
18-01-2020, 18:20
"Neftçi"nin sabiq futbolçusu Yunanıstan klubunda
 

"Neftçi"nin sabiq futbolçusu Mateo Mujek Yunanıstanda AEL klubuna transfer olub.

Xeberekspress.az Milli.Az-a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Xorvatiyalı oyunçu 2017-ci ilin yayında "Neftçi"yə keçmişdi. Onun müqaviləsinə mövsümün gedişində xitam verilmişdi. Mujekin son klubu Moldova "Şerif"i olub.