"Sabah" Moskva "Spartak"ı ilə qarşılaşacaq

Gündəm / İdman
18-01-2020, 19:40
"Sabah" Moskva "Spartak"ı ilə qarşılaşacaq
 

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.

Xeberekspress.az Milli.Az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın "Spartak" klubunun əvəzediciləri ilə qarşılaşacaq. Moskva təmsilçisi ilə görüş yanvarın 21-də baş tutacaq.

Yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışında olan "Sabah", toplanış çərçivəsində Macarıstanın "Pakş" (0:2) və Rumıniyanın "Akademika Klinçeni" (0:0) klubları ilə qarşılaşıb. Komanda yanvarın 19-da Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gələcək.