Qarabağ”ın futbolçusuna Türkiyə, İtaliya, Fransa klubları “elçi düşdü”

Gündəm / İdman
21-01-2020, 21:40
Qarabağ”ın futbolçusuna Türkiyə, İtaliya, Fransa klubları “elçi düşdü”
 
Qarabağ"ın futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

"Yeni Sabah” xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" belçikalı müdafiəçini heyətinə qatmaq istəyir.
B Seriyasının lideri sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən A Seriyasında çıxış edəcək. Buna görə də, rəhbərlik komandanı yeni mövsüm üçün gücləndirmək niyyətindədir. 

Xatırladaq ki, 26 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi iyun ayında bitəcək. Ağdam klubu müqavilə müddətini 1 il daha artırmaq hüquqna malik olsa da, bundan istifadə etməyə bilər. Xəbərdə Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunub.